Tanınımış bloqer Hüseyn Həsənovun Bakıda fanatları ilə görüşü zamanı fanatlardan birinin ürəyi gedib. Əhvalı pisləşən gənci ətrafdakıların köməyi ilə səhnəyə çıxarılıb, ona yardım göstərilib.
Bununla yanaşı görüş zamanı xoşagəlməz hadisə də baş verib. Bloqerin görüşünə gələn fanatların bloqerin ətrafında olan təşkilatçılar tərəfindən kəmərlə vurulması isə sosial şəbəkələrdə və ölkə ictimaiyyətində birmənalı qarşılanmayıb.
Bundan əlavə minlərlə insanın bir arada toplaşmasına şərait yaratdığı üçün “Park Bulvar” ticarət mərkəzi karantin qaydalarının kobud şəkildə pozub.
Safura Bənnayeva