SON DƏQİQƏ! Rusiyadan "silahı yerə qoyun" ÇAĞIRIŞI: Əməliyyatın yeni mərhələsi başlayır...

14:27 19 Aprel 2022

Rusiyanın xarici işlər naziri Lavrov Moskvanın Ukraynada rejimi dəyişməklə bağlı fərqli bir planının olmadığını bildirib və “Əməliyyatın yeni mərhələsi başlayır” deyib.

 

SİTAT.İNFO xəbər verir ki,  “India Today” kanalına danışan Lavrov əməliyyatın (Ukraynanın şərqində) yeni mərhələsinin başlandığını vurğulayaraq qeyd edib ki,  hərbi əməliyyatlarında mühüm irəliləyiş var.

 Lavrov deyib ki, Rusiya Ukraynada rejim dəyişikliyinə can atmır, hədəfimiz Donbasdır.

Qeyd edək ki, Donbasda bütün gücünü toplayan Rusiya eyni anda şimaldan və cənubdan hərəkətə keçərək Ukrayna ordusunu sıxışdırmağa başladı. Ukrayna lideri Zelenski Donbas yıxılacağı təqdirdə Rusiyanın Kiyevə yürüş edəcəyini, Donbas cəbhəsində qalib gəlmək məcburiyyətində olduqlarını bildirdi. 

 

Mariupolda qalan ukraynalı əsgərləri “mənasız müdafiədən əl çəkməyə” çağıran Rusiya, onlara  “silahlarınızı dərhal yerə qoyun” çağırışı edib.

Rusiya Müdafiə Nazirliyinin açıqlamasında, şəhərdəki ukraynalı əsgərlərin silahlarının saat 12.00-a qədər yerə qoyulması halında onların həyatlarının bağışlanacağı vurğulanıb.

Əvvəlcə “təslim olmağa” çağıran Moskva, bir fabrikdə sıxışıb qalan Ukrayna qoşunlarının bağışlanacağını deyib və şərtlərini açıqlayib.

Moskva təslim olmanın əvvəlcədən elan edilməsinin vacibliyini vurğulayıb, Ukrayna əsgərlərindən bu vəziyyəti rus qoşunlarına bildirmək üçün ağ bayraq dalğalandırmaları istənilib.

Səid İsaoğlu,

SİTAT. İNFO



Xəbər xətti