"Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşdə deyib ki, Qarabağda hələ çox problem var. Bununla Kreml sahibi vəziyyətdən detallarına qədər xəbərdar olduğunu nümayiş etdirib. Problemi yaradan Sizin hərbçilərlə erməni separatçılarının birgə fəaliyyətidir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, bu açıqlamadan bəlli olur ki, Rusiya postlarının və Qarabağda Rusiya bayraqlarının sayının artırılması təlimatını da elə Kreml sahibi verib: "Putin daha sonra deyib ki, Paşinyanla Qarabağın təhlükəsizliyi məsələsini müzakirə edəcək. Kreml sahibi bu cümləsiylə Qarabağın Ermənistana dəxli olmadığı reallığını qəbul etmək istəmir. Rusiya prezidenti Azərbaycana aid Qarabağ mövzusunu Ermənistanın baş naziri ilə müzakirə edirsə, burada xoş niyyət yoxdur".