Müharibədə güclü olan İsrail siyasi səhnədə uduzur: Fələstin dövlətinin yaranması şərt oldu...

13:30 10 İyun 2024

"İsrailin Qəzza zolağında "Həmas" radikal silahlı təşkilatına qarşı apardığı müharibə bu təşkilatın nəinki zəifləməsinə, güclənməsinə gətirib çıxardı".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki,Hhəmasa qarşı yalnız yumuşaq güclə, diplomatik yolla qalib gəlmək olar: "Çünki, Həmas teşkilatına Körfəz ərəb ölkələri, Türkiyə və İran ciddi dəstək verir. Ona görə də Qəzza zolağında İsrail ordusu "Həmasa"qalib gələ bilmir. "Həmas" sıradan bir təşkilat deyil və İsrail hökuməti səhv hesablamalar apararaq Qəzzada hərbi əməliyyatlara getdi. İsrail dörd girov müqabilində 200-dən artıq mülki insanı öldürdü, 600-dən artıq insan yaralandı. Baş verən bu faciə İsrailin qələbəsini deyil, onun beynəlxalq izolyasiyasına gətirəcək. Nəticədə, Fələstin müstəqil dövlətinin yaradılması ilə nəticələnək".

M.Əsədullazadə vurğuladı ki, bu beynəlxalq siyasi konyukturda Fələstinin bir dövlət kimi tanınmasını şərtləndirir: "İsrail hakimiyyəti artıq  Fələstin müstəqil dövlətinin yaradılmasının fərqindədirlər. Məhz Qəzzada İsrail müharibə ilə öz strateji planlarina nail ola bilmədilər. İsrail Türkiyə ilə qarşı -qarşıya gəlməməyə çalışır. Suriyanın şimalında PKK-YPG terror təşkilatına dəstək verir. İsrail kvazidövlətdir və onun Türkiyə kimi böyük bir ölkə ilə siyasi toqquşması öz əleyhinə işləyəcək. İsrail müharibə strategiyasını dayandırıb, sülh yolunu seçərsə, ABŞ-ın müdafiəsinə ehtiyac qalmaz".

Politoloq qeyd edib ki, artıq baş nazir B. Netanyahu müharibə cinayətkarı kimi qəbul edilir: "Azərbaycan da bir müddətdən sonra Fələstini müstəqil bir dövlət kimi tanıyacaq. Fələstində Azərbaycan səfirliyi və Bakıda Fələstin səfirliyi fəaliyyət göstərir. Azərbaycan Fələstinə daima humanitar yardımlar edir. Müstəqil Fələstin dövlətinin yaradılması bu muharibənin qurtarması üçün əsas prosesdir". 

Nərgiz,

Sitat.info



Xəbər xətti