Ermənistan Zəngəzur dəhlizini sabotaj etməyə çalışır: Qərb isə İrəvanı buna görə dəstəkləyir...

13:04 13 İyun 2024

"Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilik. Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqresivlik  və hərbi ritorika göstərməyə çalışmaqda ittiham etməyə çalışırdı. Zəngəzur dəhlizinin açılmasının reallaşmağı ilə bağlı artıq ortada konkret, əməli işlər var".

Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Tehranda "3+3" formatlı Xarici İşlər Nazirlərinin görüşündə də İran ərazisindən Azərbaycanın Naxçıvana quru yolunun formalaşdırılması məsələsi müzakirə edilib: "Azərbaycanla İran tərəfindən artıq  bu məsələ ilə bağlı əməli addımlara start verilibdir. Zərgəzur dəhlizinin alternativi kimi bu lahiyə işləkdir. Ancaq digər tərəfdən Ermənistan təəssüflər olsun ki, 10 noyabr bəyanatını yerinə yetirmədi və hələki Zəngəzur dəhlizi ilə bağlı məsələni bloklamağa davam edir . Əlbəttə ki, belə olan təqdirdə Ermənistanın özəlliklə Qərbdəki havadarlarının təxribatları vasitəsilə Zəngəzur dəhlizinə əngəl törətməyi,  həmçinin Zəngəzur dəhlizində rus FSB-sinin təhlükəsizliyini təmin etmək ehtimallarını da sıfırlamağı qarşısına məqsəd qoyub. Proseslər bu lahiyənin Ermənistan tərəfindən ciddi şəkildə sabotaja uğradılmasına yönəlibdir".

T.İsmayılov vurğuladı ki, hər halda Azərbaycan Mehri üzərindən Naxçıvana quru keçidlə bağlı öz ritorikasını və siyasətini davam etdirəcək: " Amma biz hansısa güc yolu ilə yaxud digər vasitələrdən istifadə edərək  Zəngəzur dəhlizini zorla açmaq niyyətində deyilk. Baxmayaraq ki, Ermənistan Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hərbi aqresivlik  və hərbi ritorika göstərməyə çalışmaqda ittiham etməyə davam edir. Ancaq istənilən halda hesab edirəm ki, Azərbaycanın bu məsələdə  mövqeyi sabitdir. Sülh şəraitində, barış şəraitində, iki ölkənin anlaşması şəraitində  bu dəhlizin  açılmağını istəyirik. Ancaq faktiki olaraq Ermənistanın və Ermənistanın Qərbdəki havadarlarının indiki tormozlayıcı mövqeyi yaxın zamanda dəhlizin açılma imkanılarını sual altına alıb. İstənilən halda Azərbaycan dayanmır.  Və alternativ yolların üzərində ciddi şəkildə işlər gedir".

Seymur,

Sitat.info



Xəbər xətti