40 gündən artıqdır İrəvanda davam edən aksiyaların dünən pik nöqtəsi idi. Buna təkcə Ermənistan kontekstində baxmaq doğru deyil, Rusiyadan səslənən bəyanatlar, Naxçıvan istiqamətində atəşkəsin pozulması, Rusiyanın məşhur ekspertləri Korotçenkonun, Markovun Mixaylovun buraxılması - hamısı zəncirin halqalarıdır. Dünən İrəvanda Parlament binası önündə baş verən toqquşmalarda ilk dəfə qan töküldü, 100-dən çox adam saxlanıldı, yaralananlar oldu. Bu ilk dəfə idi və sıradan hadisə deyil".
Sitat.info xəbər verir ki, bu sözləri hərbi ekspert Üzeyir Cəfərov deyib.
O bildirib ki, bu gün Paşinyanın təhlükəsizlik sisteminin gücləndirilməsi ilə bağlı tapşırıq verməsi də ciddi məlumatdır: " 40 gündən artıq davam edən etiraz aksiyalarında ilk dəfə idi ki, Paşinyanın təhlükəsizliyi ilə bağlı narahatıq var idi. Paşinyan çox ciddi çıxışlar etdi, sərt danışdı. Dünən Parlament binasında deputatların oturduğu masaların altı belə dedektorlarla yoxlanıldı. Bu gün Paşinyan üçün kritik gündür. Çox güman ki, aksiya ilə bağlı sərt addımlar atılacaq, saxlanılanların sayı daha çox olacaq".
Ü. Cəfərov vurğuladı ki, Paşinyan KTMT ilə bağlı sərt danışıb və Lukaşenkoya da ciddi mesajlar göndərib: "Hazırda keçmiş prezidentlər Serj Sərkisyan və Robert Köçəryan da narahatdır. Çünki Paşinyan baş verənlərdə II Qaregin ilə yanaşı onları da günahlandırdı. Eyni zamanda onun KTMT-dən ayrılması Rusiyanı ciddi narahat edir, Kreml hesab edir ki, onun icazəsi xaricində kimsə belə bir addım ata bilməz".
Hərbi ekspert vurğuladı ki, bu ərəfədə Naxçıvanın atəşə tutulması da sıradan hadisə deyil: "Burada məqsəd Azərbaycan tərəfindən kiminsə yaralanması və ya şəhid olması, toqquşmaların yenidən bərpa olunması, Ermənistana Azərbaycan tərəfindən də təzyiqlərin edilməsidir. İndi Paşinyanın ciddi hərəkətə keçdiyi bir vaxtda biz də sərhəddə ayıq-sayıq olmalıyıq, çünki atəşkəs pozula bilər. Cəbhədəki vəziyyət də belə situasiyalarda təzyiq aləti kimi istifadə edilir".
Məğrur,
Sitat.info