Parlament seçkiləri ilə bağlı qanunda yaş senzi nəzərdə tutulmayıbsa, kimsə parlament seçkisində iştiraka görə yaş senzinin əleyhinə çıxa bilməz.
Bu sözləri Sitat.info-ya açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu deyib.
Onun sözlərinə görə, bu kimi uydurma müddəalarla insanları dövlətin və cəmiyyətin həyatında iştirakından kənarda saxlamaq olmaz:
"Bəzi şəxslər var ki, yaşları artıdqca yaddaşı zəifləyir, fiziki imkanları azalır. Bu tamamilə başqa bir məsələdir. Gənclər arasında da yaddaşı zəif olan, fiziki imkanları az olan şəxslər var. Ona görə də, parlamentə daha çox qanunvericilik təşəbbüsünə malik, siyasi təfəkkürə malik, millətinə, dövlətinə bağlı insanların seçilməsi vacibdir. Belə olduqda həmin şəxsin yaşının heç bir əhəmiyyəti yoxdur. Əksinə, əgər deputatlığa layiqdirsə, yaşlı adamların böyük təcrübəsi, biliyi var. Həmin şəxslər millətin, dövlətin həyatında daha ciddi işlər görə bilər, nəinki, bütün fikri əyləncədə eyş-işrət işlərində qalan cavanlar. Hazırki cavan deputatlardan demək olar ki, heç biri bu günə qədər ağlabatan təklif verə bilməyib və millət vəkili adına layiq çıxış etməyib.