Təcavüzkarlıqda Rusiyanın yolu ilə gedən Ermənistan özünü Ukrayna ilə necə müqayisə edir?! - Deputat

17:45 28 İyun 2024

"Ermənistan rəsmilərinin Qərbdə keçirdikləri görüşdə ölkələrini Ukrayna ilə müqayisə etmələri təkcə Azərbaycanın əleyhinə yönəlməyib".

Bu sözləri deputat Sahib Alıyev Sitat.info-ya açıqlamasında deyib.

O bildirib ki, bu iki savaşda təcavüzkar olan Ermənistan və Rusiyadır: "Ermənistan parlamentinin sədri Alen Simonyanın dünən Latviyada səsləndiridiyi bu qəbildən olan sayıqlamasını dinləyənlər bilməmiş deyillər ki, Azərbaycanla Ermənistan arasında savaş ikincinin təcavüzkar siyasət yeritməsi səbəbindən baş verib. Bu günün özündə də Ermənistan Konstitusiyasında Azərbaycana qarşı topraq iddiası var.

Ukrayna ilə Rusiya arasında savaş birincinin ikincinin torpağında gözü olduğu üçün gedir? Yox. Kimsə deyə bilərmi ki, Ukryana indiyə qədər Rusiyanın bir qarış belə torpağını işğal edib? Deyə bilməz".

Deputat hesab edir ki, dəfələrlə səslənən bu bənzətmələrə Ukraynanın səs çıxartmaması anlaşılan deyil: "Qərbdəkilər aydındır, yaxşı bəs onda rəsmi Kiyev nədən səsini çıxarıb simonyanlara çatdırmır ki, özünüzü Ukrayna ilə yox, forpostu sayıldığınızla müqayisə etməniz daha doğru olardı".

Seymur,

Sitat.info



Xəbər xətti