İranda keçirilən prezident seçkilərində azərbaycanlı namizəd Məsud Pezeşkian və Ali dini rəhbərin milli təhlükəsizlik üzrə nümayəndəsi Səid Cəlili arasında ikinci tur seçkiləri keçiriləcək. M. Pezeşkian Azərbaycan türkü, S. Cəlili farsdır. Qeyd edim ki, İki gün öncəki seçkilərdə M. Pezeşkian qalib olmuşdu. İslahatçı kəsimin nümayəndəsinin prezident elan edilməsi, mühafizəkarların mövqeyini kifayət qədər zəiflədə bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, iranın Ali dini rəhbəri Xamenei öz müşaviri S. Cəlilin seçilməsində maraqlıdır: "Həmçinin SEPAH və mühafizəkar qanad Cəlilini dəstəkləyir. Səid Cəlilini prezident elan etmək üçün seçkiləri ikinci tura saxladılar.
Müəyyən ümidlər var ki, M. Pezeşkian seçilərsə, azərbaycanlıların hüquqlarını bərpa edəcək. Bu xüsusda İran konustitusiyasından irəli gələn maddələri tətbiq edəcək. Unudurlar ki, İranın birinci şəxsi və prezidentin də tabe olduğu Ali dini rəhbəri S. Ə. Xamenei Azərbaycan türküdür.
Məhz Xamenei azərbaycanlıların İran konustitusiya ilə verilən hüquqlarını bərpa etmir. Həmçinin Azərbaycan Respublikası ilə Ermənistan arasında sülhün əleyhinədir. Zəngəzur dəhlizinin açılmasına qarşıdır. Ona görə M. Pezeşkian prezident seçilərsə, ondan fövqəladə siyasət gözləməyə dəyməz".
Məğrur,
Sitat.info