İctimai nəqliyyatda qiymət artımlarının iqtisadi əsası və məntiqi yoxdur - Ərşad Hüseynov

12:23 1 İyul 2024

"Bu gündən tətbiq edilən hər iki qiymət artımını (həm nəqliyyatda gediş haqqının, həm də yanacağın qiymətinin) düzgün olmayan yanaşma hesab edirəm. Qısaca qeyd etmək istəyirəm ki, ictimai nəqliyyatda gediş haqqının artırılması (25 %-lik artım) əhalinin ictimai nəqliyyata marağının artırılması işinə zidd bir addımdır".

Bu sözləri Sitat.info-ya açıqlamasında nəqliyyat eksperti Əkrəm Həsənov deyib.

O bildirib ki, bu, inasnların nəqliyyat xərcini artırdığından fərdi avtomobillərdən istifadəyə meylləri tətikləyə bilər: "Digər tərəfdən, ictimai nəqliyyatda xidmət keyfiyyətində heç bir yaxşılaşma olmadığı (hətta bunun əksi müşahidə edildiyi) bir şəraitdə belə artımın iqtisadi və məntiqi əsası da yoxdur. Əvvəllər dəfələrlə qeyd etdiyim ki, ictimai nəqliyyatın iqtisadi problemləri heç bir halda gediş haqları hesabına həll edilə bilməz, bu, mümkün deyil".

Ə.Həsənov vurğulayıb ki, bu problem yalnız səmərəli dövlət dəstəyi ilə (subsidiya və ya dotasiya yolu ilə) həll edilə bilər: " İctimai nəqliyyatın bundan sonrakı inkişafı (şəbəkələşməsi, çeşidin artması, yəni yeni metro stansiyalarının tikintisi, avtobusların sayının və marşrut şəbəkəsinin artırılması, yenilənməsi və s.) də yalnız dövlət sərmayəsi hesabına uğurlu ola bilər.

Məlumat üçün qeyd edək ki, bu, 2018-ci ildən bəri gediş haqqının 3-cü artımıdır. Əvvəlki 2 artımda da xüsusi vurğulanırdı ki, artımların əsas hədəfi sahənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, dayanıqlı inkişafı təmin etmək və sairdir. Amma bunların heç biri müşahidə edilmir. Bu da yanaşmanın uğursuzluğu deməkdir...".

Kənan Yusif 

Sitat.info



Xəbər xətti