Balakəndə polis intihar etmək istəyən şəxsin həyatını xilas edib.
SİTAT.İNFO xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayon ərazisində qeydə alınıb.
Belə ki, Balakən rayon sakini, yeniyetmə X.İlyasova (ad, soy adı şərtidir) şəhərin N.Nərimanov küçəsində yerləşən çoxmərtəbəli binadan özünü ataraq intihar etmək istəyib.
Əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib və qızla psixoloji söhbətlər aparılıb. Buna baxmayaraq, həmin şəxs fikrindən daşınmayıb və intihara cəhd edib.
Yeniyetmə özünü binadan atan zaman polis əməkdaşı onu saxlayıb. Bu zaman hər iki şəxsin həyatı üçün təhlükə yaranıb. Daha sonra ərazidə olan digər polislərin köməkliyi ilə onların hər ikisi xilas edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report)