Rusiya-Ukrayna müharibəsinin artıq ikinci və daha kəskin mərhələyə qədəm qoysa da, yenə qüvvələr nisbətini müəyyən etmək asan deyil. Bir tərəfdən ABŞ və Qərbdən Ukraynaya axın-axın ən son model silahlar göndərilir, Kiyev çox güclü şəkildə silahlandrılır və uzunmüddətli müharibə poliqonuna çevrilmək üçün hazırlanır. Digər tərəfdən isə Kreml də həlledici məqamda olduğunu dərk edir, daha qəzəbli və anormal qərarlar verməyə hazır görünür. Bu gün həm də Rusiya Mariupolu tam işğal etdi və müəyyən üstünlük qazandı. Bəs görəsən bunun cavabı nə olacaq?
Rusiya-Ukrayna müharibəsi necə irəliləyəcək və üstünlük hansı ölkənin olacaq?
Politoloq Qabil Hüseynli mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında bildirib ki, müharibənin gedişində taktiki cəhətdən Rusiyanın müəyyən üstünlüyü olsa da, cəbhədə əsas üstünlük Ukraynadadır:“Qərbin silah göndərməsi də Ukraynanın uğurunu labüd edir. Rusiyanın bu sahədə üstünlüyünü isə müəyyən silah sayında görürəm. Rusiya əvvəlki, səsdən sürətli raketləri artıq istehsal edə bilmir, amma havadan üstünlüyə malikdir. Ən təhükəlisi isə uzaqvuran və ortamənzilli raketlərdir”.
Politoloq vurğuladı ki, Rusiya hətta BMT baş katibinin Pasxa bayramına görə müharibənin dayandırılması ilə bağlı müraciətini belə qəbul etmədi: "Rusiya real vəziyyətini dərk etmir. Rusiyanın Donbassda , Luqanskda olan ordu hissələri arasında məsafə o qədər böyükdür ki, ordunun logistik, yanacaq və qida təchizatını vaxtında həyata keçirmək mümkün olmur. Eyni zamanda, Ukrayna ordusu üçün əlverişli şərait yaranıb. Uzaq mənzillərdə disokasiya etmiş ordu hissələri arasında logistik əlaqələri həyata keçirən ordu dəstələrini güdmək, partizan müharibəsi yolu ilə sıradan çıxartmaq çox asan olur”.
Müharibədə Qərbin mövqeyinə toxunan politoloq, Avropa ölkələrinin Ukraynanın arxasında çox möhkəm dayandığını bildirib: “ Ukrayna uğrunda mübarizəni öz ölkələri uğrunda mübarizə hesab edirlər. Buna görə də çox qəzəbli və təkidlə Putindən qoşunları çıxartmağı tələb edirlər”.
Safura Bənnayeva
SİTAT.İNFO