"Azərbaycanla Ermənistan arasında dörd anklav kəndlərlə bağlı məsələlər sülh müqaviləsi prosesində öz həllini tapa bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, ümumiyyətlə, dörd anklav kəndlə bağlı mübadilə baş tuta bilər: "Faktiki Ermənistan ərazisində ada olan dörd kənddə infrastruktur layihələri icra etmək və əhalini ora köçürmək strateji cəhətdən risklidir. Qeyd edim ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Gürcüstanda Azərbaycanla sülh müqaviləsinin bir aya bağlanması mümkünlüyünü qeyd edib. Ermənistan rəhbərliyi dəfələrlə bu tezisi gündəmə gətirir. Bununla beynəlxalq ictimaiyyətə sülhə hazir olduqlarını nümayiş etdirirlər. Halbuki, sülh müqaviləsinin bağlanması Ermənistan konustitusiya ziddir".
Politoloq vurğulayıb ki, sülh sazişindən öncə Ermənistan Konstitusiyasında düzəliş edilməlidir: "Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistan konustitusiyasında Azərbaycana qarşı ərazi iddiaları çıxarılmayınca, sülh müqaviləsinin bağlanmasının mümkün olmayacağını bəyan edib. Amma, baza prinsipləri əsasında çərçivə sazişi imzalanması mümkündür. Dörd anklav kəndlərlə bağlı məsələnin tezliklə həll olunması isə mümkün görünmür".
Məğrur,
Sitat.info