ABŞ-da seçkilərə 4 ay qalmış namizəd böhranı: Demokratlar Baydeni kimlə əvəzləyə bilər?

11:25 4 İyul 2024

ABŞ-da prezidentlik yarışı qızışır. Ölkədə seçkiyə 4 ay qalmış Baydenin namizədliyi müzakirə edilir. Bayden isə son çıxışında “qərarlıyam, biz qalib gələcəyik” mesajını verdi.

Ağ Evdə keçirilən görüşdə Demokrat Partiyasından olan qubernatorlar da Baydenə dəstək verdiklərini açıqladılar. Lakin iclasdan sonra keçirilən mətbuat konfransında cəmi 3 qubernatorun iştirakı fərqli müzakirələrə səbəb olub.
Digər tərəfdən Prezident Bayden televiziya debatlarında ciddi şəkildə tənqid olunur ki, bunun da əks-sədaları mətbuatda günlərlə davam edir.

CNN və "New York Times" kimi qlobal media qurumları Baydeni namizədliyini geri götürməyə çağırır.

New York Times "Ölkəniz üçün ən yaxşı xidmət vəzifədən ayrılmaqdır" başlıqlı məqalə dərc edib, CNN isə partiya daxilində Baydendən imtina etmək üçün fikirlərin formalaşdığını iddia edir. Məhz bu səbəbdən Ağ Evdə qubernatorlardan yalnız 3-ü kamera qarşısına keçib

Bayden isə seçki komandası ilə görüşündə deyib ki, mən geri çəkilmirəm, heç kim mənə təzyiq etmir, davam edirəm və biz qalib gələcəyik. 

Namizəd dəyişəcəkmi?
Namizədlik üçün ən çox adı hallanan Kaliforniya qubernatoru Gavin Nevsomdur. Fox News kanalı vitse-prezident Kamala Harrisin adını irəli sürüb və onun Baydenin yerinə namizəd olacağını iddia edib. 

Lakin bu iddia ABŞ ictimaiyyəti tərəfindən inandırıcı görünmür. İddia, respublikaçılara yaxın olan "Foks"un ideyası kimi qəbul olunur ki, buda Harrisi Tramp üçün daha asan rəqib etmək cəhdidir. 

Demokrat Partiyasının prezidentliyə namizədini rəsmən elan edəcəyi   qurultay avqust ayında keçiriləcək.

Xatırladaq ki, noyabrın 5-də ABŞ-da keçiriləcək prezident seçkiləri üçün mübarizə aparan Demokratlar Partiyasının üzvü Bayden və onun Respublikaçı rəqibi Donald Tramp iyunun 27-də gecə CNN-də canlı yayımlanan ilk debatda qalmaqal yaradıblar. 

İkinci namizədliyi dövründə Bayden yaşı ilə bağlı narahatlıqları dolayı ciddi bir performans nümayiş etdirə bilməyib  və proqramdan sonra sıx tənqidlərə məruz qaldı. Demokrat Partiyasından və Baydeni dəstəkləyən bəzi media qurumlarından Baydenə  prezident seçkilərindən geri çəkilmə çağırışı edilib.

Bayden isə səhhətinin əvvəlki kimi olmadığını etiraf edib,  Trampa qarşı hələ də ən yaxşı alternativ olduğunu bəyan edib və yarışdan geri çəkilməyəcəyini açıqlayıb.

 Nərgiz,

Sitat.info



Xəbər xətti