İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun növbəti səyyar görüşü rayonun Ruşan kəndində keçirilib.
Sitat.info xəbər verir ki, sosial mediada aktiv olan icra başçısı öz rəsmi səhifəsində vətəndaş qəbulları, görüşlər, görülən işlərlə bağlı daim məlumatlar və şəkillər paylaşır.
Nahid Bağırovun 21 aprel tarixində vətəndaşlarla görüşündə çəkilən fotolar isə qəribə mənzərəni üzə çıxarıb. Belə ki, icra başçısı ilə qarşı-qarşıya oturan məmurlar mürgüləyib.