Putin düyməyə basmadan Sankt-Peterburq və Moskva yer üzündən silinə bilər - Kremlin nüvə blöfünə CAVAB!

14:55 22 Aprel 2022

CNN telekanalına müsahibəsində Ukrayna Prezidenti Volodimir Zelenski “Bütün dünya ölkələri Rusiya Prezidenti Putinin Ukraynaya qarşı müharibədə taktiki nüvə silahından istifadə edə biləcəyinə hazır olmalıdır” -deyib. HAzırda bu ehtimal Putinin ən yaxın adamlarını belə qorxu içinmdə saxlayır. Həqiqətən də Rusiya müharibənin gedişində uğursuzluğa düçar olarsa, nüvə silahından istifadə edəcəkmi? Nüvə silahından istifadə nə ilə nəticələnə bilər?

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında bildirib ki, Putin nüvə silahı ilə təhdid etməyə çalışsa da, bu inandırıcı görünmür: “Bu məsələdə Qərbin, xüsusən də Amerikanın üstünlüyü birmənalıdır. Rusiyalı ekspertlər və nüvə mütəxəsisləri də yaxşı bilirlər ki, nüvə müharibəsində bir məqam var. Önləyici zərbənin endirilməsi. Bu önləyici zərbənin qarşısının alınmasının yeganə yolu isə rəqibin həmləsinin nə vaxt gələcəyini dəqiq bilməkdir. Məsələdə Qərb Rusiyadan iki dəqiqə qabağadır. Həmin vaxt ərzində isə çox şey itirilə bilər. Məsələn Sankt-peterburq,Moskva və digər şəhərləri yer üzündən silib atmaq olar. Düşünürəm ki, Rusiya nüvə silahı ilə qorxudur,amma, Ukraynaya ortamənzili nüvə silahı ata bilər. Belə olarsa, buna görə Rusiya cavab verməli olacaq və çox ağır bədəl ödəyəcək”.

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti