"Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi Moskvada bağlanılması məsələsində fikir ayrılıqları var. N. Paşinyan Rusiyanın vasitəçiliyini qəbul etmir və əleyhinədir. Rusiya çalışır ki, iki ölkə arasında sülhün qaranti olsun. 10 noyabr Birgə Bəyannaməsində olduğu kimi Kreml israrlıdır. Əlbəttə ki, Rusiyanın iki ölkə arasında vasitəçi olması, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin manipulyasiyası ola bilər".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O vurğulayıb ki, ABŞ da Ermənistan və Azərbaycanla danışıqlar aparır: "Hətta Vaşinqton Zəngəzur dəhlizinin açılması üçün İrəvanı razı salıb. Həmçinin ABŞ rəsmisi Obrayn bu kontekstdə Bakıya səfər etmişdi. Artıq Türkiyədə sülhün gecikməsindən narahatdır.
Ermənistan həm də tarix dərsliklərini dəyişir. Yeni konstitusiya hazırlanması istiqamətində hazırlıq işləri aparır. Təbii ki, sülhün bağlanması üçün konstitusiya dəyişməlidir. Amma, çərçivə sazişinin bağlanması mümkündür. Demək olar ki, çərçivə sazişinin bağlanması prosesi də dalana dirənib".
M.Əsədullazadə hesab edir ki, Ermənistan və Azərbaycan arasında sülh əldə edilsə, Qərb regionda kifayət qədər güclənə bilər: "Həmçinin Türkiyənin geosiyasi mövqeyi kifayət qədər genişlənəcək. Bu da Gürcüstanın anti-Qərb siyasətinin qarşısını ala bilər. Hazırda Gürcüstan hakimiyyətinin anti -Qərb siyasəti və Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin gecikməsi, Moskvanın geosiyasi maraqlarına uyğundur".
Politoloqun sözlərinə görə, Cənubi Qafqazda geosiyasi vəziyyət kəskinləşir və geosiyasi rəqabət yeni mərhələyə keçib: " Cənubi Qafqaz Qərb və Rusiya-Çin tandemi arasında rəqabət mərkəzinə çevrilib. Gürcüstan Çinlə Strateji tərəfdaşlıq sazişi bağlayıb. Azərbaycan da Çinlə eyni saziş bağladi. Baş verənlər Ermənistan və Azərbaycan arasında sülhü gecikdirir".
Məğrur,
Sitat.info