"İranın yeni seçilmiş prezidenti Məsud Pezeşkianın "Tehran Times" nəşrində yayımlanan bəyanatında qonşularla normal əlaqədən, sülhdən, qarşılıqlı faydaya dayanan əməkdaşlıqdan bəhs edilir ki, burada çox şey rejimin indiyədək yeritdiyi siyasəti dəyişib-dəyişməyəcəyindən asılıdır. İranın Ermənistandakı səfiri SEPAH-çı Mehdi Sübhaninin "Azadlıq" radiosunun hay redaksiyasına verdiyi intervü isə göstərir ki, rejim elə əvvəlki ampluasındadır. Əgər Pezeşkian seçki zamanı vəd etdiklərini reallaşdırmağa çalışsa, qarşısı alınacaq".
Bu sözləri Sitat.info-ya açıqlamasında deputat Sahib Alıyev deyib.
O vurğulayıb ki, sözü gedən SEPAH görəvlisinin verdiyi intervüdə diqqəti ən çox çəkən isə Qarabağdan gedən hayların oranı "öz xoşlarına tərk etmədikləri" vurğulanaraq bu səbəbdən "geri qaytarılmaları"nın istənilməsidir: "Halbuki Ermənistanda əsl etnik təmizləməyə uğrayan "din qardaşı" adlandırdıqları azərbaycanlıların da belə bir haqlarının olduğunun "Freedom House"casına unudulmasıdır. Və nəinki unudulmasıdır, yenə həmin Mehdi Sübhaninin təqribən bir ay öncəki sözləridir ki, ölkəsi Ermənistanın sərhədlərini qırmızı xətlədiyi kimi demoqrafik mənzərəsinin də dəyişməsinin əleyhinədir. Yəni azərbaycanlıların ora, öz doğma torpaqlarına qayıtmalarını istəmir. Öz məntiqlərindən yanaşsaq, görürsünüz də bu "həm də diplomat" necə şeytanlıq edir. Yəni "Böyük Şeytan" adlandırdıqları Birləşmiş Ştatların və "Kiçik Şeytan" gözündə gördükləri Fransanın rəsmləri elə bil ağzına tüpürüblərmiş kimi danışır".
Deputat vildirib ki, Pezeşkian seçkiyə qatılandan üzü bəri, məhz buna görə, sanki orada heç nə baş vermirmiş kimi bu haqda bir kəlmə belə yazmadım: "Çünki rejim farsmərkəzliliyini qoruyub saxladığı təqdirdə, başında duranı kim olur-olsun, İranın Azərbaycana yanaşmasında hər hansı əhəmiyyətli dəyişikliyin baş verəcəyinə inanmıram".
Məğrur,
Sitat.info