Türkiyə əsgəri İraqda terrorçularla qarşıdurmada həlak olub.
Bu barədə “Report” Türkiyənin Milli Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Əsgər Çavuş Furkan Gök “Pençe Kilit" əməliyyat zonasında yaralanıb və dərhal xəstəxanaya çatdırılıb. Bütün cəhdlərə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Bundan əvvəl əməliyyat zonasında PKK/YPG-nin 7 terrorçusunun zərərsizləşdirildiyi barədə məlumat yayılıb.
Xatırladaq ki, aprelin 18-də Türkiyə İraqın şimalında yeni antiterror əməliyyatına başlayıb.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar İraqın şimalındakı Metina, Zap və Avaşin-Basyan bölgələrində terrorçu hədəflərə qarşı qurudan və havadan “Pençe Kilit" əməliyyatına başladığını açıqlayıb.