Ötən gün canlı yayımda şok olayın təfərrüatı bəlli olub.
Belə ki, Space Tv-də Amil Xəlilin təqdimatında yayımlanan «Gəl, danış» verilişində 3 gündür İntizar Ərzimanovun anası və həyat yoldaşı Afaq Ərzimanova canlı yayımda axtarışa çıxıb. Afaq ərinin törətmədiyi cinayətə görə həbs ediləcəyindən qorxduğu üçün gizləndiyini ehtimal edib.
İki gün sonra birbaşa efirə bağlanan İntizar hər şeyi etiraf edib. «Mən bezdiyimdən gizlənmişəm. Bıçaqlanan mənəm amma həbs edilməklə üzləşən də mənəm. Müstəntiqlər başıma oyun açır» deyə açıqlama verib.
Ötən gün Amil Xəlilin dəvətini qəbul edən İntizar canlı yayıma gəlib. Elə növbəti «sürprizlə» qarşılaşıb. Belə ki, Aparıcı ondan polisə şikayət edən Mehdi Hazatovu da efirə dəvət edib. Bundan sonra növbəti şok təfəruatlar bəlli olub. Belə ki, 2 il ərzində Mehdi ilə İntizar arasında bir neçə dəfə bıçaqlanma hadisəsi olub. İki dəfə Mehdi İntazarı, bir dəfə də İntizar Mehdini bıçaqlayıb. Səbəb isə avtomobil təmiri sexində avtomobillərin gec təhvil verilməsi olub. Buna baxmayaq sonuncu dəfə baş verən olaydan sonra Mehdi İntizardan şikayətçi olmayıb. Lakin İntizar iddia edir ki, şikayətin olmamasına baxmayaraq, onu bəzi hüquq mühafizə orqanlarının əməkdaşı bezdirir, hədə-qorxu gəlir. Sona yaxın aparıcının bəzi müstəntiqlərlə bağlı səs yazısında əlində olduğunu buna baxmayaraq onu hələki səsləndirməyəcini də qeyd eidb.
İntizar Ərzimanovun anasıda sonuncu işlə bağlı Mehdinin şikayətçi olmaması üçün onlardan 5000 manat aldığını və vəkil tərəfindəndə aldadıldığını qeyd edib. mehdi iddiaları bir-bir qəbul edib və canlı efirdə İntizar Ərzimanovdan şikayətçi olmadığını xüsusi ilə vurğulayıb.