Polis əməliyyat keçirdi, saxlanılanlar var - VİDEO

15:03 23 Aprel 2022

Nərimanov rayonunda müxtəlif vaxtlarda 10 mənzilə quraşdırılmış su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Sitat.info xəbər verir ki, bu barədə Dİn məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən paytaxt sakini Hüseyn Eldarov tutularaq istintaqa təqdim edilib.

Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb. Hüseyn Eldarovun sayğacları oğurlaması təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən digər bir əməliyyat zamanı Bakı şəhər sakini Kamil Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirdən əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar edilib. Kamil Əliyev ifadəsində narkotik maddələrin satışı ilə məşğul olduğunu bildirib.

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Hüseyn Eldarov və Kamil Əliyev ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.

/Qafqazinfo



Xəbər xətti