Kömür mədənində partlayış: 10 nəfər itkin düşdü

17:15 23 Aprel 2022

Polşanın cənubunda kömür mədənində partlayış olub.

Sitat.info xəbər verir ki, yerin 900 metr dərinliyində metan qazı alovlanıb.

Bu zamanda mədəndəki 52 işçidən 42 nəfəri xilas ola bilib.

Yerdə qalan 10 nəfərin taleyindən xəbər yoxdur.

İtkin düşən 10 mədənçi üçün 12 nəfərlik bir qrup tərəfindən axtarış-xilasetmə əməliyyatına başlanılıb.

/Axar.az



Xəbər xətti