Bəxtiyar Hacıyev Vilayət Eyvazovla görüşündən danışdı Yenilənib

20:53 23 Aprel 2022

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov ictimai fəal Bəxtiyar Hacıyevi qəbul edib.
Sitat.info xəbər verir ki, bu barədə  DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında paylaşım edib:

“Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyində qəbul edilib. Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov onu dinləyib, onun qaldırdığı məsələlərlə bağlı müvafiq araşdırmaların aparılacağı nəzərinə çatdırılıb”.

Görüş faktını Bəxtiyar Hacıyev də özünün Facebook hesabında yaydığı statusla təsdiq edib. O bildirib ki, nazirlə görüşü 2 saat çəkib.

Sitat: "Daxili işlər naziri V.Eyvazov ilə görüşümüz oldu. 2 saatdan artıq davam edən görüşdə DİN ilə olan problemlərin ilk gündən bu günə necə gəlməsi barədə açıq söhbətimiz oldu. Son hadisə ilə bağlı bildirildi ki, burada əsas hədəf DİN-dir, onların heç bir marağı yoxdur, yaxın müddətdə araşdırma aparıb, nəticəsini bildirəcəkləri deyildi..."

Buna baxmayaraq, B. Hacıyev yazır ki, cinayətkarlar tapılmayana qədər o, başına gələnlərin məsuliyyətini DİN -in üzərində sayacaq.
 

Qeyd edək ki, Bəxtiyar Hacıyev   sosial şəbəkə hesabında aprelin 21-də qara maskalı, naməlum şəxslər tərəfindən qaçırıldığını yazıb. O, həmin şəxslərin onu ağır şəkildə təhqir etdiyini də vurğulayıb. 



Xəbər xətti