Bakıda yaşanan dəhşət: Nişanlısı tərəfindən öldürülən polis qadın görün kim imiş...

22:25 23 Aprel 2022

Nərimanov rayonunda polisin nişanlısını öldürüb, daha sonra intihar etməsi ilə bağlı yeni xəbər var.

SİTAT.İNFO xəbər verir ki, qətlə yetirilən Günay Cabbarova Daxili İşlər Nazirliyi Tibb İdarəsində çalışıb. Serjant rütbəsini daşıyan Günay uroloq imiş.

Qeyd edək ki, ötən gün Xəzər rayon Polis şöbəsinin əməkdaşı, müstəntiq, polis mayoru 1989-cu il təvəllüdlü Tural Aslanov Nərimanov rayonu ərazisindəki evlərin birində qısqanclıq zəminində tanışı Günay Cabbarovanı qətlə yetirib. O daha sonra intihar edib. (oxu24.az)



Xəbər xətti