Rusiyanın Tver şəhərində Müdafiə Nazirliyi Hava-Kosmik Qoşunları Elmi-Araşdırma Mərkəzində baş vermiş yanğın nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
SİTAT.İNFO TASS-a istinadən xəbər verir ki, bu barədə fövqəladə hallar xidməti məlumat yayıb.
"Dağıntıların təhlili zamanı daha 6 nəfərin meyiti tapılıb. Yanğın qurbanlarının ümumi sayı 17 nəfərdir", - xidmətdən bildirilib.
Qeyd edək ki, aprelin 21-də Rusiya Müdafiə Nazirliyinin Tver şəhərindəki “S-400” zenit-raket kompleksi və “İsgəndər” raketlərinin hazırlandığı Elmi-Araşdırma Mərkəzində yanğın baş verib. (redaktor.az)