Putindən növbəti XAİN ƏMƏL: Ukraynalı əsirləri parada çıxartmaq istəyir ki...

16:07 25 Aprel 2022

"Rusiyanın Ukraynaya hücumunun 3-cü ayı başladı. Artıq 61 gündür ki, Rusiya Ukrayna ərazisini işğal etməyə cəhd edir. Bu 61 gün ərzində hər hansı bir uğura nail olmayıb. Bundan sonra da onların hansısa uğura nail olması qeyri-mümkündür".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib.

Onun sözlərinə görə, yaxın zamanda vəziyyət kəskin dəyişəcək: "Bəzi dostlar hesab edir ki, Rusiyanın raket zərbələri, mülki əhalini bombalaması Ukraynanı çəkindirəcək. Ancaq açıq demək istəyirəm ki, vəziyyət yaxın həftələrdə tam proporsional şəkildə dəyişəcək. Ukrayna əks-hücum əməliyyatlarını aktiv şəkildə həyata keçirəcək. Bu da Rusiyanın canlı qüvvəsini və olan qalan texnikasını tam sıradan çıxaracaq".

Hərbi ekspert vurğuladı ki, ABŞ Ukraynaya lazım olan bütün avadanlıqları verəcək: "Dünən ABŞ dövlət katibi Entoni Blinkenlə müdafiə naziri Ostin Kiyevdə idilər. Onlar prezident Baydenin tapşırığı əsasında Zelenski ilə bəzi məsələləri razılaşdırdılar. O məsələlər ümumiyyətlə mətbuatın iştirakı olmadan müzakirə edildi. Bu o deməkdir ki, artıq Ukrayna üçün ən önəmli avadanlıqlar birinci növbədə veriləcək. Blinken də Senat qarşısında çıxış edəcək, vəziyyəti izah edəcək".

E.Cəfərov hesab edir ki, hazırki fürsəti  ABŞ və Qərb qaçırmaq istəməz: "Bu gün həm NATO üçün, həm də Ukrayna üçün ideal bir vəziyyət yaranıb ki, Rusiya federasiyasını çökdürsünlər. Bu istiqamətdə də sona qədər gedəcəklər. Amerika , Fransa, İngiltərə  bu məsələdə öndə gedəcək və Rusiyaya çox böyük zərbə vurulacaq. Gəmilərin Qara dənizdən, Xəzər dənizindən yaşayış məntəqələrini bombardmançı hücumların hədəfinə çevirməsi də son çırpıntılardır. Mayın əvvəlində parad keçirmək istəyirlər. Putin hansı gününə parad keçirəcək, hələ bəlli deyil. Ukrayna tərəfi də xəbərdarlıq edib. Rusiya belə bir xain əməl həyata keçirmək istəyirlər ki, ukraynalı əsirləri də həmin parada cəlb etsinlər. Bununla da Ukrayna həmin paradı raket zərbələri vura bilməsin. Ukrayna prosesi davam etdirməli, Donbası da, Luqankı da, Krımı da öz nəzarətinə qaytarmalı idi. İndi nə qədər gedəcək deyə bilmərəm. Amma düşünürəm yaxın həftələrdə Ukrayna tam gücü ilə vəziyyətə nəzarət edəcək".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti