Türkiyənin Bursa şəhərində yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Sitat.info Publika.az-a istinadən xəbər verir ki, hadisə nəticəsində 2 pilot həlak olub.
Məlumata görə, təyyarə Bursanın Osmanqazi rayonunda yaşayış evlərinin arasına düşüb. Qəzadan sonra təyyarənin düşdüyü yerdə yanğın başlayıb. Qəza nəticəsində sakinlər arasında xəsarət alanların olmadığı deyilir.
İlkin məlumatlara görə, təlim məqsədli uçuş həyata keçirən təyyarə texniki nasazlıqla bağlı qəzaya uğrayıb.
Bursa şəhər valisi Yaqub Canbolat “Anadolu Agentliyi”nə bildirib ki, “Yunuseli” hava limanından təlim məqsədilə havaya qalxan TC-UTT T2002JF model 2002 təlim təyyarəsi texniki səbəbdən qəzaya uğrayıb: “Təyyarə park edilmiş avtomobillərin üzərinə düşüb. Bununla da yanğın başlayıb. Təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilot və tələbə pilot həyatını itirib”.