Dnestryanıda növbəti partlayış baş verib.
Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə qondarma qurumun rəhbəri Vadim Krasnoselskinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Parkana kəndi ərazisində yerləşən hərbi hissədə partlayış olub.
Krasnoselski dünəndən bəri Dnestryanıda baş verən partlayışlarla bağlı qondarma qurumun “təhlükəsizlik şurası”nın iclasını çağırıb.