"Rusiya Prezidenti Vladimir Putin hər nə qədər danışıqlara hazır olduğunu desə də baş verənlər Kremlin danışıqlardan uzaq olduğundan xəbər verir. Məsələ ondadır ki, Rusiya müharibəsinin uzanmasını istəmir. Çünki müharibənin uzanması Rusiyaya iqtisadi itkilərə baş gəlir".
Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.
O bildirib ki, Putin 9 May Qələbə gününə qədər prosesi müəyyən mənada həll etmək istəyir: "Hesab edirəm indiki məqamda Putinin danışıqlara getməkdə razı olmaması sadəcə vaxt udmağa hesablanan bir addımdır. Çünki danışıqlara getmək istəyən şəxs Xersonu işğal edib Odessa və Zaporojeni işğal etməyə hazırlaşmazdı. Reallıq ondan ibarətdir ki, Putin indiki mərhələdə Ukraynanın kapitulyasiya xarakterli şərtlər ilə barışmasını, məğlubiyyəti qəbul etməsini istəyir. Rəsmi Kiyev isə bunumla barışa bilməz.
Türkiyənin vasitəçiliyinə gəlincə, siyasi şərhçi bildirdi ki,rəsmi Ankaranın vasitəçiliyi hər zaman konstruktiv və daha məqbuldur: "Bununla belə hazırkı mərhələ onu deməyə əsas verir ki, Türkiyə tərəfləri bir araya gətirəcək tək ölkə olsa da Kremlin davranışları Ankaranın vasitəçiliyi ikinci plana salır. Yəni Ankara vasitəçi kimi tərəflər arasında nəyəsə nail ola bilər, lakin bunun üçün də hər şeydən öncə hər iki tərəfin danışıqlara getmək üçün ambisiyalarından imtina etmələri laızmdır. Yalnız bu halda Türkiyə vasitəçi kimi nəyəsə nail ola bilər".
Səid İsaoğlu,
SİTAT.İNFO