Rusiya bu bataqlıqda daha dərinə sürüklənir: ABŞ və Britaniya müharibənin bitməsini istəmir...

17:35 28 Aprel 2022

Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi artıq 2 aydan çoxdur ki, davam edir və  danışıqlar aparılsa da atəşkəsə nail olunmayıb.  Hərbi cəhətdən Rusiya nə qədər üstün olsa da, bu gün açıq şəkildə Qərb dövlətləri Ukraynaya dəstəyini davam etdirir, zirehli texnikalar, silahlar göndərməkdə davam edir. 

Müharibənin gedişində maraqlı olan ölkələr bu prosesin hələ davam etməsinin tərəfdarıdır. Türkiyə isə əksinə artıq sülhün bərqərar olmasını istəyir. Bunu bir neçə gün əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya prezidenti Putinlə 1 saatdan çox telefon danışığında müharibənin dayandırılması barədə müzakirələr aparması göstərir. 


Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən siyasi şərhçi, Ağ Partiya sədrinin müavini Əhəd Məmmədli bildirib ki, müharibə  tərəflərin güzəştə getməsi ilə sonlana bilər: “Güzəşt olmasa hansısa sülhdən, atəşkəsdən söz gedə bilməz. Hansı tərəfin çox və ya az güzəştə getməsi isə danışıq prosesində məlum olacaq. Əsas odur ki, bu proses atəşkəslə nəticələnsin. Türkiyə də buna çalışır, amma, görünür ki, bu Amerika və Britaniyanın maraqlarına cavab vermir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu da çıxışı zamanı bu ölkələrin müharibənin uzanmasında maraqlı olduğunu bildirmişdi”.


Siyasi şərhçinin fikirlərinə əsasən, müharibə davam edərsə Rusiya getdikcə bataqlığa batamaqda davam edəcək: “Rusiya Ukraynanı xarabalığa çevirməyə çalışır. Fikrimcə bu məsələdə Türkiyənin səyləri hər iki tərəfin maraqlarına uyğun gəlir. Müharibədə atəşkəs rejminin tətbiq olunması  isə Ukraynanın Amerika və Britanıyanın təziqlərinə tab gətirib-gətirməməsi ilə əlaqəlidir. Atəşkəsin olub-olmaması isə Ukraynaya xarici təsirin və prezident V.Zelenskinin  hərbi komandasında qəbul olunan qərara əsaslanır. Bunlar da hələ sual altındadır".
 
Safura Bənnayeva
Sitat.info



Xəbər xətti