"Separatçıların liderlərini nöqtə atışları ilə zərərsizləşdirmək lazımdır" - Qarabağdakı erməni silahlıları ilə bağlı ŞOK AÇIQLAMA

17:57 28 Aprel 2022

"Azərbaycan separatçı silahlı ünsürlərə qarşı davranışını "yaranan boşluq" anlayışı əsasında aparmalıdır. Geosiyasi baxımdan yaranan ilk münasib anda onları zərərsizləşdirməlidir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi, Ağ Partiya sədrinin müşaviri Azər Hüseynov deyib.

Onun sözlərinə görə, hətta liderlərini də nöqtə atışları ilə zərərsizləşdirmək olar: "Separatçı ünsürlərin başçılarına bir- bir cinayət işi açılmalıdır. Eyni zamanda reinteqrasiya edilən erməni əhali qrupları seçilib onlardan separatçılara qarşı istifadə edilməlidir. Əks müvazinət prinsipi ilə daxildən bu strukturlar məhv edilməlidir".

Siyasi şərhçi bu əməliyyatların səssiz şəkildə aparılmasının əleyhinədir: "Əməliyyatlar açıq aparıla bilər. Yaxud da xüsusi əməliyyatlarla cinayət işi açılmış konkret separatçı hərbi liderlər ortadan götürülə bilər. Ermənilər isə bu məsələdən onsuz da istifadə edəcək. Azərbaycan bu təzyiqləri özünün iqtisadi, siyasi baxımdan beynəlxalq əhəmiyyətini ortaya qoymaqla zərərsizləşdirməlidir".

Nərgiz,

SİTAT.İNFO



Xəbər xətti