Kremlin məğlubiyyəti! Putin müttəfiq tapa bilmədi, Lukaşenko belə geri çəkildi...

18:07 28 Aprel 2022

"Kreml Ukraynaya qarşı müharibədə Rusiya ətrafında koalisiya formalaşdırmaq istəsə də, bu alınmadı. Heç bir ölkə işğalçı savaşda Rusiyanın yanında yer almaq istəmədi. Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatına üzv ölkələr müharibədən məsafə saxladılar, hətta Belarus prezidenti Aleksandr Lukaşenko belə Kremlə dəstək versə də, ordusuna Ukraynaya hücum əmri verməkdən çəkindi".

SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib. 

Onun sözlərinə görə, Rusiyaya qarşı koalisiyaya qoşulan dövlətlərin sayı 40-ı ötüb: "Bu sıraya Rusiyanın məğlubiyyətini arzulayan dövlətləri də əlavə etmək lazımdır. İkinci Dünya Müharibəsində Hitler Almaniyasına qarşı yaradılan beynəlxalq koalisiyaya rəsmən 53 ölkə qoşulmuşdu. Ancaq Hitlerin heç olmazsa Yaponiya və İtaliyanın simasında müttəfiqləri var idi, Stalinqrad döyüşündə Almaniya tərəfdən italyanlar və rumınlar da savaşırdı. Rusiya isə müharibəyə yalnız tərkibindəki azsaylı xaqları göndərib. Koalisiya alınmadığına görə də Qazaxıstanı hədəf götürüblər".

Səid İsaoğlu

SİTAT.İNFO



Xəbər xətti