Putini dayandırmağın yalnız bir yolu var
Rusiya mənbələri və Qərb rəsmilərinin bildirdiyinə görə, Putin Qələbə bayramı şənlikləri zamanı Ukraynaya “bir neçə günə total müharibə” elan etməyə hazırlaşır. Keçmiş NATO lideri Putini çəkindirməyin yalnız bir yolunun olduğunu deyib. Qeyd edilir ki, o, “gücünə hörmət edir”.
Sitat.info xarici mənbəyə əsasən məlumat verir ki, Rusiya qoşunları Ukraynanı “nasistlərdən” təmizləmək üçün Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı,amma, əsl işğal faktı olan bu proseslə fevralın sonunda Ukraynaya daxil olub.
Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Ukraynada müharibənin daha 5-10 il davam edə biləcəyini desə də, bir çox ukraynalılar Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsindən və münaqişənin olduğu Donbas bölgəsindəki separatçılara dəstək verməsindən sonra müharibənin artıq 8 ildir davam etdiyini bildirib.
Böyük Britaniyanın müdafiə naziri Ben Uolles bildirib ki, Rusiya lideri mayın 9-da Rusiyanın qələbə günü paradından istifadə edərək kütləvi səfərbərlik elan edə bilər. NATO-nun keçmiş lideri Riçard Şerif xəbərdarlıq edib ki, Qərb Ukraynada Rusiyaya qarşı “ən pis ssenari”yə “özünü hazırlamalıdır”.
İngiltərə də daxil olmaqla bir çox ölkə İkinci Dünya Müharibəsində Müttəfiqlərin faşist Almaniyası üzərində qələbəsinin ildönümünü mayın 8-də qeyd etdiyi halda, Rusiyada saat fərqinə görə bu tarix mayın 9-na düşür.
Putin ordusunun hərbi hədəflərin ilk dalğasında uğursuzluğa düçar olması ilə Moskva bütün səylərini Ukraynanın həm şərq, həm də cənub sahillərini ələ keçirməyə yönəldib. Lakin işğalın ilk aylarında olduğu kimi Rusiya qüvvələri Kiyevin əzmkar ordularının şiddətli müqaviməti ilə qarşılaşıb. Bəzi analitiklər Putinin mayın 9-da hansısa qələbəsini elan edə biləcəyi mövqedə olmaq istədiyini düşünürdülər. Əvəzində, Uolles dedi ki, Putin fürsətdən istifadə edərək, “nasistlər” adlandırdığı hərbçilərə qarşı yeni müharibə elan edə və xalqını ukraynalı müdafiəçilərə qarşı kütləvi təbliğatla səfərbər edə bilər. “Putin mayın 9-da “Biz nasistlərlə müharibə edirik” deyərək rus xalqını kütləvi şəkildə səfərbər etmək istəsə, təəccüblənmərəm”, – Wallace deyib.
Bu həftənin əvvəlində Putin Rusiyanın Ukraynadakı müharibəsinə “müdaxilə” etməyə cəsarət edən hər kəsə qarşı nüvə silahından istifadə edəcəyini bildirmişdi.
Safura Bənnayeva