"Əhalinin orta sinifi sıradan çıxır" - Professor həyəcan təbili çaldı

14:25 30 Aprel 2022

"Əhalinin orta sinifi sıradan çıxır" : Professor həyəcan təbili çaldı

Pandemiya dünyada turizm sənayesinə ciddi zərbə vurdu. Son günlərdə karantin rejimi qaydalarında yumşalmalar turist axınına necə təsir edə bilər? Quru sərhədlərinin açılması gözlənilirmi? 

İqtisadçı alim, professor Elşad Məmmədov Sitat.info-ya açıqlamasında bildirdi ki, karantin qaydaları yumşalsa belə bu, turizm sənayesində köklü dəyişikliyə səbəb olmayacaq: "Uzun müddət idi ki, turizm sənayesi əsasən, orta sinifə istiqamətlənmişdi. Hazırda əhalinin orta gəlirli təbəqəsi getdikcə daralır. Buna görə də ölkədaxili turizmə köklənmək daha məqsədəuyğun olardı. Bu həm valyutanın ölkədə qalmasına, həm də yeni iş yerlərinin açılmasına müvafiq şərait formalaşdıra bilər". 

E.Məmmədovun fikrincə, xaricdən böyük turist axınlarını yaxınmüddətli perspektivdə gözləmək düzgün deyil: "Çünki dünya turizm sektorundakı tənəzzül hələ bir müddət davam edəcək".

Ləman Şərif

Sitat.info



Xəbər xətti