Paşinyan Qarabağ klanının zərərsizləşdirməlidir: Əks halda Azərbaycan özü məhv edəcək

21:23 2 May 2022


Ermənistan ordusu Kəlbəcər rayonu istiqamətində atəşkəsi pozub. Ermənistan hakimiyyəti sülh istəyini bəyan etdikdən sonra niyə belə bir addım atdı?
Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Xəyal Bəşirov Sitat.info-ya açıqlamasında bildirdi  ki, təxribatları Ermənistanda hələ də mövcud olan Qarabağ klanı həyata keçirir:
" 20 il ərzində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə rəhbərlik etmiş Qarabağ klanı Ermənistanın məğlubiyyəti ilə barışa bilmir. Klanın Ermənistan hakimiyyətinin ayrı -ayrı qollarında təmsil olunan nümayəndələri Nikol Paşinyan hakimiyyətinə qarşı tədbirlər görür,cəmiyyətdə hakimiyyətə qarşı mövqe yaratmağa çalışırlar. Xüsusilə Azərbaycan Ermənistanı kapitulyasiyaya uğratdıqdan sonra  Ermənistanın bu aktla üzərinə götürdüyü tələbləri yerinə yetirməsi prosesinə əngəl yaradırlar. Qarabağ klanının üzvlərinə dəstək verən diaspora və lobbi təşkilatları da sülh məsələsinə görə narahatdırlar. Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasının  davamı olaraq Ermənistanın Türkiyə ilə münasibətləri yaxşılaşarsa bu təşkilatlara ehtiyac qalmayacaq". 
X. Bəşirov qeyd etdi ki, Paşinyan hakimiyyəti sərt və prinsipial mövqe nümayiş etdirməlidir:
" Paşinyan həm orduda, həm də hakimiyyətin digər qollarında olan həmin qüvvələri zərərsizləşdirməli, sülh istiqamətində səsləndirdiyi bəyanatlara uyğun addımlar atmalıdır. Əks təqdirdə Azərbaycan ordusu antiterror əməliyyatı keçirərək təxribatçı qüvvələri özü  məhv edə bilər. Bu isə Ermənistan cəmiyyətində Paşinyanın nüfuzunun növbəti dəfə sarsılmasına səbəb olacaq".

Ləman Şərif 

Sitat.info 



Xəbər xətti