"Kreml sahibi ekran qarşısında özünü elə aparır ki, sanki Ukraynada işğalçı müharibədə qələbə çalmağa yaxındır, itkiləri yoxdur, Rusiya ərazisində müəammalı partlayışlar və yanğınlar baş vermir".
SİTAT.İNFO xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Putin özünü sakit göstərməyə çalışır, nazirləriylə iqtisadiyyatı müzakirə edir, ekologiyadan danışır: "Ancaq daxilən həyacan içində olduğu aydındır. Kreml sahibi illərdir müharibəyə hazırlaşır, Ukraynanı parçalamaq istəyirdi, 24 fevralda qərarını verdi, ancaq sonluğu fikirləşməyib və ya əvvəlcədən fikirləşdiyini reallaşdıra bilmir. Ağır dərddir".
E.Şahinoğlunun sözlərinə görə, Lavrov da başını itirib: "Əsas naziri isə başını elə itirib ki, Hitleri yəhudi adlandırmaqla buna qədər ölkəsinin normal münasibətlərdə olduğu İsraili qəzəbləndirib. Bircə rusiyalı siyasətçilərin və diplomatların anti-semit açıqlamaları qalmışdı ki, onu da səsləndirdilər".
Nərgiz,
SİTAT.İNFO