"Zelenski anlamalıdır ki, hər bir dövlətin öz maraqları var" - Natiq Cəfərli Zelenskinin etirazlarına CAVAB VERDİ

14:55 4 May 2022

Rusiya-Ukrayna müharibəsində Ukraynaya bir çox dövlətlərdən hərbi və humanitar yardım göndərildi.

Müharibənin miqyasının böyüməsi riskinə rəğmən  ABŞ, İngiltərə, Kanada kimi güclü dövlətlər Ukraynaya yardım göstərəcəklərini bildirdilər.

Ukrayna prezidenti Volodimir Zelenski isə yenə də çıxışlarından bir çox dövlətlərin mövqeyini tənqid edir, narazılığını ifadə edir. Lakin bu günə qədər baş vermiş müharibələrə nəzər salsaq, Ukrayna dünyanın ən çox siyasi və hərbi dəstək verdiyi işğala məruz qalan dövlətdir. Bununla belə, Zelenskinin yenə də fərqli dövlətləri , onların liderlərini qınaqmaqda haqqı varmı?

Məsələ ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Real partiyasının icraçı katibi Natiq Cəfərli bildirir ki, Zelenskinin yardım çağırışlarına emosional fonda haqq qazandırmaq olar:
" Zelenski müharibə aparan ölkənin prezidentidir, ölkəsində dinc əhali öldürülür, dağıntılar baş verir. Buna görə də Zelenskinin bunun qarşısını almaq üçün yardım istəməyə mənəvi haqqı çatır.  Digər tərəfdən Zelenski anlamalıdır ki,hər bir dövlətin öz maraqları var. Rasional yanaşdıqda Ukrayna qədər yardım alan ikinci bir dövlət olmayıb. Azərbaycan 30 ilə yaxın müharibə şəraitində qaldı, bizə Ukrayna qədər dəstək verilmədi".

N. Cəfərli qeyd etdi ki, Ukrayna ona göstərilən yardımları yüksək qiymətləndirərsə,daha çox yardım alacaq.

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti