Ərdoğanın Səudiyyə Ərəbistanı və İsraillə yaxınlaşması tənqid hədəfində: Mövqeyini niyə dəyişdi?

17:18 6 May 2022

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın dövrdə Səudiyyə Ərəbistanın Kralı Salman İbn Əbdüləzizin dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib. Bu səfərin iki ölkə arasında siyasi, iqtisadi, hərbi-texniki və mədəni əlaqələrin inkişafında yeni mərhələ olacağını və digər əhəmiyyətli məsələlərin müzakirə edildiyini Türkiyə prezidenti jurnalistlərə müsahibəsində bildirib. Bununla yanaşı, Türkiyə İsrail arasında da münasibətlər normala dönür. Türkiyə müxalifəti hazırda Ərdoğanın bu iki dövlətlə qurduğu əlaqələri tənqid edir, normal qəbul etmir. Çünki zamanında Ərdoğan bu dövlətlərlə bağlı diktator, qatil və sair ifadələr işlədib. Türkiyədə iqtidar əleyhdarları olan siyasi şərhçilər Ərdoğanın məhz iqtisadi problemlər səbəbindəmn Səudiyyə Ərəbistanı ilə münasibətləri yoluna qoyduğunu iddia edirlər. 


Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Ağ Partiya başqanının müavini, siyasi şərhçi Əhəd Məmmədli bildirdi ki, siyasətdə daim maraqlar var: "Məsələn, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Fələstin, Qüds siyasəti hələ də qalır. Əsrlərdir ki, ərəb ölkələri Türkiyə ərazisi olduğu üçün vaxtilə narazılıqlar olsa da, bu həllini tapıb. Yəni belə hallar normaldır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyə Ərəbistanına səfəri zamanı orada Səudiyyə Ərəbistanının önəmli şəxslərindən biri bildirib ki, nənəsi türkdür. Yəni bizin tariximiz, coğrafiyamız eynidir".

Ə.Məmmədli bildirdi ki, Türkiyə -İsrail münasibətlərinin normallaşması  İsrailin işğalına məruz qalan ərazilərdə yaşayan müsəlmanlar üçün də faydalıdır: " Ramazan bayramında İsrail hərbiçiləri məscidə basqın etdi və Ərdoğanın göstərişi ilə o basqın aradan qaldırıldı. Türkiyə ilə İsrail münasibətlərinin düzəlməsi də İsrailin işğal altında yaşayan müsəlmanların mənafeyinə xidmət edir. Çünki onlar Türkiyənin  münasibətindən yararlana bilərlər".

Siyasi şərhçi  müxalifətin bu məsələyə münasibətinə də toxunub: "Türkiyə müxalifəti çoxdan İsrailin qucağında oturan adamlardır. Onlar deyildimi suriyalılar Türkiyədən rədd olub getsin deyən?
Onlara sadəcə tənqid etmək üçün mövzu lazm idi və onlar da bu yolla Ərdoğanın üstünə getməyə çalışırlar".

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti