İrəvanda vətəndaş qarşıdurması gözlənilir: Paşinyanın çətin günləri qarşıdadır...

17:23 7 May 2022

Ermənistanda Nikol Paşinyan hakimiyyətinə qarşı etirazlar davam edir. Ermənistanın baş nazirinin ofisi  Paşinyanın istefası ilə bağlı yayılan xəbərləri təkzib edib. Bəs bu dalğanın fonunda Paşinyan hakimiyyətini necə qoruyacaq? Ermənistanda nələr gözlənilir?

Politoloq Əziz Əlibəyli SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, Paşinyan hakimiyyətinin taleyi ilə bağlı proqnoz vermək çətindir: "Çox qəribə bir paradoksal vəziyyət yaranıb. Moskvadan  Paşinyan hakimiyyətinə qarşı təyziqlərin olduğunu, Rusiya telekanallarının  Ermənistandakı müxalifət mitinqlərini yayımladığını görə bilərik.  Bu onu göstərir ki, Rusiya tərəfinin Paşinyan hakimiyyətinin devrilməsində marağı var. Ancaq Rusiya və Ermənistan arasında ittifaq müqaviləsi imzalanması da gözlənilir. Ermənistan və ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığı ilə bağlı Anlaşma Memorandumu da imzalanıb. Bu anlaşma onu deməyə əsas verir ki, İrəvanda keçirilən mitinqlər qərbi narahat edir. Qərb bu mənada Paşinyanı qorumağa çalışır". 


Əziz Əlibəyli qeyd edir ki, Ermənistanda  vətəndaş qarşıdurması baş verə bilər: "Eyni zamanda Ermənistanda baş verən mitinqlərin səviyyəsi göstərir ki, burada ictimai rəy çox zəifdir. Meydandakı kəsimin  sayı da göstərir ki,  iqtidar əleyhdarlarının Paşinyanı devirməsi alınmayacaq. İlkin proqnoz budur ki, İrəvanda ciddi vətəndaş qarşıdurması baş verəcək".

Ləman Şərifzadə

SİTAT.İNFO



Xəbər xətti