Gizli kanallarla danışıqlar gedir, Putin müharibəni dayandırmağa çalışır - Sərdar CƏLALOĞLU

10:52 10 May 2022

Dünya ictimaiyyəti Putinin bu müharibədə qoyduğu hədəfə nail olmadığını, 9 Mayda arzuladığı kimi parad keçirə bilməyəcəyini və buna görə də, həmin aqressiyadan doğaraq hansısa sərt qərarlar verəcəyini  gözləyirdi. Lakin bugünki paradda Putinin məyus görkəmi, müharibəni aciznə şəkildə əsaslandırmağa çalışması onun artıq məğlubiyyətlə barışmasını deməyə əsas verirmi?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, əslində burada gözlənilməz bir məsələ yoxdur: "Zatən hərbi müstəvidə Rusiya kifayət qədər uduzmuşdu. Və bu müharibəni davam etdirərsə, Rusiya daha  ciddi şəkildə uduzacaq. Putin nə qədər daha intensiv və geniş  hərbi əməliyyat aparsa, bir o qədər tez məğlubiyyətə uğrayacaq. 
Sərdar Cəlaloğlu qeyd etdi ki, indiki situasiyada Rusiya ağıllı və düşünülmüş şəkildə yeni qərarlar qəbul etməlidir. Putin Rusiyanın simasını qoruyub saxlamaq üçün gizli kanallarla danışıqlar aparır və  bu müharibənin başa çatmasında maraqlıdır. Yəqin ki, bu istiqamətdə müəyyən işlər gedir. 

Ləman Sərvanqızı 

SİTAT.İNFO



Xəbər xətti