Bakıda həyat yoldaşını məftillə boğan şəxsə hökm oxunub.
Sitat.info xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Vilayət Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Samir Əliyevin sədrliyi ilə baş tutan məhkəmə iclasında hökm oxunub. Hökmə əsasən V.Məmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə 2021-ci ilin oktyabrında paytaxtın Qaradağ rayonu Sahil qəsəbəsində qeydə alınıb. Belə ki, 1990-cı il təvəllüdlü Aliyə Məmmədova yaşadığı evdə əri, 1985-ci il təvəllüdlü V.Məmmədov tərəfindən öldürülüb.
Hadisəyə cütlüyün şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə səbəb olub. Belə ki, V.Məmmədov A.Məmmədovanı dəmir məftillə boğaraq qətlə yetirib.
Sitat.info