Monopoliya hansı sahələrə daha ciddi zərbə vurur: Xidmət səviyyəsi düşür, qiymətlər qalxır...

16:42 11 May 2022

Azərbaycanda bir çox sahələrdə monopoliyanın olması faktdır və hökumət səviyyəsində də etiraf olunur. Monopoliya faktoru Azərbaycan iqtisadiyyatına zərbə vuran, dövlət tərəfindən həyata keçilirən islahatların qarşısını alan ciddi problemlərdən biridir. İnhisarçılıq və məmur biznesi kimi amillər ölkənin iqtisadi mühitinin əlverişliliyini şübhə altına alır və investisiya qoyuluşlarına mənfi təsir göstərir.

Bəs monopoliya ən çox hansı sahələrdə müşahidə olunur və iqtisadiyyatın inkişafına nə dərəcədə təsir göstərir?

İqtisadçı ekspert Eldəniz Əmirov Sitat.info-ya açıqlamasında bildirdi ki,  inhisarçılıq istənilən ölkənin iqtisadiyyatına ən ciddi mənfi təsir göstərən amillərdən biridir: "Çünki, inhisarçılığın olduğu yerdə rəqabət mühiti olmur. Rəqabətin olmadığı yerdə isə xidmətin səviyyəsi aşağı düşür, qiymətlər qalxır”.

Eldəniz Əmirov Azərbacanda da rəqabət məcəlləsinin qəbul olunmasına çox böyük ehtiyac olduğunu bildirib: "Uzun müddətdir ki,bu məcəllə qəbul olunmamış qalır, amma tezliklə qəbul olunacaq. Bundan sonra biz rəqabət qabiliyyətli bir sistemi müşahidə etmiş olacağıq. Çünki, ciddi şəkildə iqtisadi inkişafa əngəl törədir. Hazırki vəziyyətdə qiymət diqtə etmək fürsətləri olan təssərrüfat subyektləri var ki, daha çox işbaz deyil, inhisarçı davranırlar. Nəticədə inhisarçı davranışlar sərgiləməklə qiymətlərə təsir göstərə bilirlər”.

İqtisadçı ekspertin sözlərinə görə, iqtisadi monopoliya xidmət sahəsində daha aşağı səviyyədədir: "Hazırda rəqabət mühitinin ən yaxşı olduğu istiqamətlər ictimai iaşə müəssələrində, taksi fəaliyyətindədir. O cümlədən özəl təhsil müəssələrinin bir- biri ilə rəqabət aparmasını biz müşahidə edirik .Amma, idxal hesabına təmin olunan istehsal sahələrində çox inhisarçı mövqe müşahidə olunur. Əvvəlki illərdə hər idxal olunmuş məhsulun bir inhisarçıya aid olduğunu müşahidə etmişik. Hazırki vəziyyətdə bir qədər fərqlilik var. Düşünürəm ki, rəqabət məcəlləsinin qəbul olunması çox problemləri həll edəcək". 

 Nigar Abuzər

SİTAT.İNFO



Xəbər xətti