Azərbaycan hər iki ssenariyə hazırdır: Ermənistanda müxalifət hakimiyyətə gəlsə...

10:56 13 May 2022

"Bildiyiniz kimi, Ermənistanda Baş nazir Nikol Paşinyan əleyhinə aksiyalar davam etməkdədir. Mitinq iştirakçıları hakimiyyəti satqınlıqda ittiham edirlər. Baş verən proseslər aksiyaların Rusiyadan idarə olunması ehtimalını gücləndirir".

Bu sözləri SİTAT.İNFO-ya açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib. 

O bildirib ki, Ermənistanın mövqeyi məhz Rusiyanın müdaxiləsindən sonra dəyişir: "Diqqət edək: Ermənistan rəsmiləri, o cümlədən Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla əlaqələrin normallaşması barədə bəyanatlar verirdilər. Paşinyanın Moskva səfərindən və dövlət başçıs Vladimir Putinlə görüşündən sonra isə açıqlamaların məzmununda dəyişiklik oldu. Ardınca həm sərhəddə təxribatlar intensivləşdi, həm də daxildə askiyalar başlandı. Düşünmək olar ki, Putin yenə də Paşinyanı cəzalandırır. Bunun birinci səbəbi Azərbaycan və Türkiyə ilə əlaqərə mane olmaqdırsa, ikincisi Ukrayna ilə müharibədə Ermənistanın Rusiyanı müdafiə etməyinə dair rəsmi zəmanət almaqdır".

K.Novruzov onu da vurğuladı ki, bu Moskvanın İrəvanın dəstəyinə möhtac olması demək deyil: "Bu, Kremlə Ermənistanı Qərbdən “qoparmaq” üçün lazımdır. Baş nazir daxildəki xaosdan Qərbə daha da yaxınlaşmaq məqsədilə istifadə edə bilər. Ola bilsin, onun Niderland səfərində də bu məsələ müzakirə olunub. Paşinyanın devriləcəyinə inanmıram. Baş verənlər sadəcə Kremlin baş nazirə təhdididir. Yaxın vaxtlarda Rusiya və Ermənistan liderləri arasında telefon danışığının baş tutacağı istisna deyil. Hətta Paşinyanın növbəti dəfə Moskvaya səfiri də mümkündür. Ermənistandakı aksiyaların nə ilə nəticələnəcəyi, Paşinyanın hakimiyyətdə qalıb-qalmaması bizim üçün xüsusi əhəmiyyət kəsb etmir. Azərbaycan hər iki ssenariyə hazırdır. Paşinyan devrilməsə, rəsmi Bakı regionla bağlı yarımçıq qalmış məsələlərin həllinı diplomatik yolla nail ola bilər. Əks halda, hakimiyyətə hansısa müxalifər nümayəndəsi gəlsə, biz onların təhrikedici addımlarından istifadə edərək daha da irəliləyə bilərik".



Xəbər xətti