Bakının bir çox ərazilərində, xüsusilə rayonlarda "Azəriqaz" İB mənzillərə smart sayğaclar əvəzinə mexaniki sayğaclar quraşdırıb. Bu da abonentlərə problem yaradır. Sayğacların mexaniki şəkildə oxunması borcların hesablanması zamanı çətinliklər yaradır. İstehlakçılar bəzən borcun istehlak edilən bununla bağlı adiyyatı üzrə müraciətlər edirlər. Bəs onların müraciətlərinə qarşılıq verilirmi ?
Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən Azəriqaz yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov bildirdir ki, bu kimi problemlər çox yaşanır: " Hətta 2 ay öncə bu sayğaclardan şübhələnən insalardan 30 nəfəri topladıq və ekspertizia mərkəzinə apardıq . Sayğacları ekspertiza etdirdik. Mən ekspertiziadan bir an yayınmadım, bütün sayğaclara nəzarət elədim. Və məlum oldu ki, istehlakçıların bu sayğaclarla bağlı şübhələri heç də doğru deyil. Lakin istehlakçının hüququ var ki, seçim etsin və Azəriqaz da onu yerinə yetirməyə borcludur".
Eyyub Hüseynov qeyd etdi ki, əgər istehlakçı seçim edibsə və Azəriqaz da ona etiraz edibsə, Azad İstehlakçılar Birliyinə müraciət etsinlər: " Təmənnasız olaraq biz onların hüququnu qoruyarıq və istədikləri sayğacı ora quraşdırmağa nail olarıq. Azad İstehlakçılar Birliyi xeyli təbliğat aparıb. Ümumiyyətlə sayğacların bir-birindən fərqi yoxdur. Lakin sayğaclar uzun müddət işlədikdə ola bilər istehlakçının, ola bilər ki, təhcizatçının zərərinə göstəricilər olsun. Çünki orada dişli çarxlar yeyilir və sayğac başqa bir vəziyyətdə işləyir. Ona görədə hər 5 ildən bir sayğaclar dəyişdirilir. Və bu da təbiidir. İstehlakçıların bu məsələdə seçim hüququ var".
Ləman Sərvanqızı
SİTAT.İNFO