İndi hamı pulunu dollarla yığmağa çalışır: Manatın məzənnəsi...

11:01 16 May 2022

Bütün dünyada dolların möhkəmlənməsi müşahidə olunur. Bu da öz növbəsində dollara tələbi artırır. 

Bəs görəsən Azərbaycanda valyuta bazarında vəziyyət necədir, dollara təlabat artırmı? Digər tərəfdən isə banklar bu vəziyyəti necə qiymətləndirirlər, dollar satışına hansısa məhdudiyyət varmı?

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirir ki, Azərbaycanda dollara maraq həmişə yüksəkdir: "Milli valyutaya etimad azdır. Hamı pulunu xarici valyutada yığmağa çalışır. Təbii ki,  əgər həmin vəsaiti bank əmanəti qoymursa.Çünki milli valyutada əmanət faizi 11 faizdir. Bütövlükdə isə hamı dollara etibar edir. Banklarda satışda bir neçə aydır ki, problem var idi. Normalda banklar əhalidən dolları Mərkəzi Bankın məzənnəsi ilə alırlar. Halbuki bəzən daha aşağı məzənnədən ya alırdılar, ya da satmırdılar. Amma indi bu hal yoxdur".

Ekspert Mərkəzi Bankın rəhbərinin dəyişməsindən sonra yaranan vəziyyətin dəyərləndiriləcəyini də bildirib: "Qeyd edim ki, əhaliyə dollar satışında məhdudiyyət var. Yəni 1 nəfərə ildə 20 mindən çox satılmır, qanunsuz limit müəyyən ediblər. 
Amma müəyyən müsbət dəyişikliklər də var. Banklarda dollar kifayət qədərdir. Neftin qiyməti qalxıb, valtutada gəlirlərimiz artıb. Ölkədə dollar həcmi çoxalıb. Hələlik heç bir problem yoxdur".

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti