Arxa planda danışıqlar gedir! Putin boş yerə geri çəkilmir...

15:10 16 May 2022

 

"Putinin bəzi ərazilərdən geri çəkilməsi arxa planda Avropa ilə danışıqlardan qaynaqlana bilər. Digər tərəfdən öz hakim elitasında müharibəyə baxışda parçalanma ilə də bağlı ola bilər".

Bu sözləri  SİTAT.İNFO- ya açıqlamasında Ağ Partiya sədrinin müşaviri, siyasi şərhçi Azər Hüseynov deyib.

O bildirib ki, Putin əslində dünyanı hərbi fakt qarşısında qoydu: "Ukraynanı 50 il geri saldı. Amerikaya istəmədən xidmət göstərdi. Avropa bir ağızdan olmasa da, demək olar ki, yarısı növbəti dəfə NATO şəmsiyyəsində Amerikaya beyət etmək üçün ləbbeyk pozisyonuna keçdi".

A.Hüseynov onu da vurğuladı ki, digər səbəblərin də nəzərə alınması mümkündür: "Bir də Putin müharibə taktikasını dəyişmək, hərbi idarəçilikdə şəxsləri dəyişmək üçün də bunu etmiş ola bilər. Rusiya bununla bəzi Qərb ölkələrini sanksiyalardan çəkindirmək üçün də edə bilər".



Xəbər xətti