Putin itirməyə heç nəyi olmayan adam kimi qorxub- çəkinmir: Müharibə davam edəcək

17:30 17 May 2022

Rusiya Prezidenti Vladimir Putinin yaxın günlərdə Türkiyəyə səfər edəcəyi gözlənilir.
SİTAT.İNFo xəbər verir ki, Rusiyadan yüksək səviyyəli nümayəndə heyəti Ankaraya səfər edəcək.

 Türkiyənin "Yeni Şafak" qəzeti isə yazıb ki, Rusiya baş nazirinin müavini Aleksandr Novakın rəhbərlik etdiyi ticarət heyəti sabah, mayın 18-də Türkiyədə olacaq. Nümayəndə heyəti iqtisadiyyatla bağlı olan nazirliklərlə yüksək səviyyəli görüşlər keçirəcək.
Bundan başqa, qeyd olunub ki, Avropanın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə bir çox Avropa şirkəti Rusiya bazarından çəkilib. Bu aydan etibarən Rusiya Aİ və Afrikadan heç bir məhsul ala bilməyəcək. Nümayəndə heyətləri arasında keçiriləcək görüşlərdə də bu məsələ gündəmdə olacaq. Türkiyə şirkətlərinin Rusiya bazarında yer alması üçün addımlar atılacaq.
Bildirilib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı rusiyalı həmkarı Vladimir Putini Ankaraya yüksək səviyyəli işgüzar səfərə dəvət etmişdi. Bu çərçivədə yaxın günlərdə V.Putinin Türkiyəyə səfər edəcəyi gözlənilir.

Mövzu ilə bağlı siyasi sərhçi Kənan Novruzov da SİTAT.İNFO-ya açıqlaması zamanı bildirdi ki, Rusiya prezidenti Vladimir Putinin Ankaraya səfər edəcəyi rəsmi xəbər deyil.   Putinin sözçüsü Dmitri Peskov da etiraf etdi ki, yaxın gələcək üçün belə səfər planlaşdırlımayıb: " İstisna etmirəm ki, yaxın günlərdə dövlət başçıları arasında telefon danışığı olacaq. Hətta Putin Ərdoğana zəng edə bilər. Telefon danışığında Ukraynadakı və Cənubi Qafqazfakı vəziyyət müzakirə edilə bilər. 
Putinin səfərinin gözlənilən olmamasının da səbəbləri var. Çünki Kremlin Ukraynadakı hazırkı ritorikasında, davranışlarında bu hiss olunmur. Putin Ankaraya loyal məqsəd üçün getməlidir. Türkiyənin vasitəçiliyini qəbul etməli, danışıqlara hazır olmalıdır.


Amma indiki halda bu mümkün deyil. Putin nəinki Ukraynadakı vəziyyət,  eyni zamanda Moldova, Finlandiya, İdveçi təhdid etməyə başlayıb və s. Bunlar da göstərir ki, Putinin dayanmaq niyyəti yoxdur".

Siyasi şərhçinin fikrincə, bu o demək deyil ki, Putin qələbəyə yaxın olduğu üçün dayanmır, əksinə itirməyə heç nəyi olmayan adam qorxub çəkinmədiyi kimi, Putin də müharibəni hələ bitirməyib, davam etdirəcək: " Yaxın gələcək üçün danışıqlar gözlənilmir. Hələki müharibə öz tempində davam edəcək. Telefon danışığı isə gözləniləndir. Peskov yayılan xəbərləri təkzib etdi və bu da onu göstərir ki, Rusiyanın geri çəkilməyə niyyəti yoxdur".

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti