Azərbaycan Xankəndidə suverenliyi bərpa etməyə gecikdikcə qondarma rejim orada rəsmən respublika qurub. Rusiyaya arxalanan Ermənistanın növbəti hədəfi Qarabağda referendum keçirməkdir. Onların bu niyyətlərinin qarşısı necə alınmalıdır?
Ağ Partiya başqanının müavini Əhəd Məmmədli mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlamasında bildirdi ki, qondarma qurum artıq ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq var və davam edir:
“Hələ də qondarma prezidentləri, nazirlik strukturları və s. də var. Onlar oraya qonaqlar dəvət edirlər. Şübhəsiz ki, Rusiya hökumətinə bel bağlayıb hərəkət edirlər. Bu ərazinin Donbasa, cənubi Osetiyaya çevrilməsi təhlükəsi var.
2020-ci ildə bildirirdim ki, tarixi şansdır, Azərbaycan Qarabağda müharibəyə başlamalıdır. Türkiyə yanımızda olarkən biz bunu etməliydik”.
Ə.Məmmədli qeyd etdi ki, 2022-ci il də Xankəndi və ətraf ərazilər nəzarətimiz altına keçməlidir: “ Əks halda ruslar 5 il müddətini uzadacaqlar. Rusların həmin ərazilərdə möhkəmlənməsi davam edəcək və belə olduğu halda Ermənistan cəsarətlənəcək, Azərbaycanın ərazi bütövlüyü təhlükə altında qalacaq”.
Safura Bənnayeva
Sitat.info