Silah və yardımlar əvəzsiz verilmir: Ukraynanı ABŞ və Qərb işğal edir?

16:29 22 May 2022

Məlum olduğu kimi, bu yaxınlarda  ABŞ tərəfindən Lend Liz sazişi imzalandı və Ukraynaya 40 milyard dollar yardım ayrıldı. Bundan başqa, Qərb dövlətləri  tərəfindən Ukraynaya çox ciddi hərbi dəstək verilir, son model silah-sursat göndərilir. 

Mütəxəsislər isə qeyd edir ki, bu yardımlar həm də borc hesab olunur, bu borclanma isə Ukraynanı gələcəkdə ABŞ və Qərbdən asılı vəziyyətət salacaq. Siyasi idarəetmədə də bu amil özünü göstərəcək. Rusiya asılılığından xilas olsa belə, bu qədər borclanmanın qarşılığında Ukrayna müstəqil ola bilməyəcək. Bəs həqiqətən bu yardımlar məqsədlidirmi və gələcəkdə Ukrayna ərazisində bərpa işləri üçün ayrılan yardımlar Ukraynanı asılı vəziyyətə salacaqmı? 

Mövzu ilə bağlı SİTAT.İNFO-ya açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, müharibənin gedişində Ukrayna borclanıb, kreditlə yüklənməsəydi də, Qərbə inteqrasiya istiqamətində israrla addımlar atacaqdı: "Avropa Birliyinə üzvlüklə bağlı sürətləndirilmiş üzvlük protokolu da imzalanıb. Nəticənin necə olcağı bəlli deyil, amma, niyyətini bu addımları ilə bildirib. Ukrayna Qərb sivilizasiyasına daxil olmuş ölkədir və borcların, kreditlərin olması da  Ukraynanın həmin ölkələrdən asıllığına səbəb olur. Bir çox hallarda müharibə bitdikdən sonra o borcların silinmə ehimalı da var". 

İqtisadçı qeyd etdi ki, hazırda ikinci Marşal  planının hazırlanması müzakirə olunur: "Ukraynanın Avropaya üzvlüyü, postmüharibə dövründə yeni ölkə qurulması, iqtisadi potensialının artırılması ilə bağlı planlar hazırlanır. 
Amma bu hal o zaman baş verə bilər ki, müharibə bitsin, saziş imzalansın. Bu haqda optimist danışmaq olmur çünki, sırf hərbi anlamda müharibə mat vəziyyəti alıb. Hər iki ölkənin hərbi cəhətdən qalib gəlməsi mümkünsüz görünür, çünki tam hərbi qələbə işğal olunmuş ərazilərin tam azad olunması deməkdir bu da real görünmür. Müharibənin nəticələrindən də çox şey asılıdır. Əgər Ukrayna bilərəkdən və istəyərəkdən Qərbə inteqrasiya yolunu tutubsa , bu asıllıq davam edəcək və güclənəcək".

Safura Bənnayeva

SİTAT.İNFO



Xəbər xətti