"Ani ölümlər artmır, insanları panikaya salmayın" - Kardioloq İdris Xəlilov

17:15 18 May 2022

Son vaxtlar ani ölümlərin artması ilə bağlı məlumatlar mətbuatın gündəmini zəbt edib. Məktəblilər, gənclər, orta yaşlılar arasında da ani ölümlərə təsadüf olunur. Bu ölümlərin artma səbəbi nədir? Pandemiyanın və vaksinləşmənin burada rolu varmı? 


Kardiolq İdris Xəlilov SİTAT.İNFO- ya açıqlamasında bildirdi ki, ani ölümlərin artması ilə bağlı konkret bir elmi  məlumat yoxdur: "Qəfil ölüm odur ki, bir saat ərzində bilinən və ya öncədən bilinməyən səbəbdən insanlar dünyasını dəyişir. Burada söhbət ürək xəstəliklərindən gedir. Qəfil ölümün səbəbi odur ki, insanlar həkim müayinəsinə getmir, yoxlanışdan keçmirlər.  Bəzi problemlər var ki, onların bilinən, görünən simptomları yoxdur və insanlar həkimə getmədiyi üçün özlərində olan xəstəliklərfən xəbərsiz olurlar və nəticədə qəfl ölüm halları olur.
Bu hadisələri Covid-19 ilə əlaqələndirmək düzgün deyil".


 
Qəfil ölümlərlə bağlı xəbərlərin artmasına gəlincə, İ.Xəlilov bildirdi ki, media əvvəllər insanlara bu qədər yaxın deyildi, indi informasiya əldə etmək çox asandır: " Medianın insanların həyatının bir hissəsinə çevrilməsi bu gün hadisələrin tezliklə üzə çıxmasına səbəb olur, nəticədə hadisələr digər insanlara da təsir edir".

Vaksinin qanda tromblaşmanı atırması fikrinə toxunan ekspert belə halının olmadığını, bu kimi fikirlərin mütəxəsislərin deyil, medianın təsiri nəticəsində formalaşdığını dedi: Bu fikirləri hansısa mütəxəsis deməyib. İnsanları panikaya salmaq da düzgün deyil". 

Koronavirus xəstələrinin müalicəsində qan durulducu dərmanlardan istifad məsələsini qeyd edən kardioloq vurğuladı ki, xəstəliyin müalicəsi bir neçə dəfə dəyişib: " Protokollardan biri də qandurulducu dərmanların istifadəsidir. Amma çox zaman bu dərmanlardan istifadə olunmur. Ağciyərlərin böyük hissəsi bu xəstəıiyə tutularsa, o zaman bu dərmandan istifadə olunur. Lakin Azərbaycanda və dünyanın bir çox ölkələrində qandurulducu dərmanları kimliyindən asılı olmayaraq hər kəsə verilir. Bu dərmanların çox da əhəmiyyəti yoxdur, istifadəsinə də xüsusi göstəriş olmalıdır".



Xəbər xətti